Modern.az

Stolüstü tennisçimiz bürünc medal qazandı

Stolüstü tennisçimiz bürünc medal qazandı

Aktual

19 May 2017, 17:14

Azərbaycanın stolüstü tennis yığması IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb. 

Modern.az xəbər verir ki, qadınların fərdi mübarizəsində Miao Vanq bürünc medala sahib olub. 

O, 3-cü yer uğrunda görüşdə iranlı Neda Şahsavariyə qalib gəlib - 4:1 (13:11, 11:3, 8:11, 11:7, 19:17).

Qeyd edək ki, saat 17:00-da Azərbaycanın daha bir qadın stolüstü tennisçisi Jinq Ninq final görüşünə çıxacaq. O, türkiyəli Melek Hu ilə qarşılaşacaq.  

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım