Modern.az

Türk jurnalistdən ermənilərə tərəfkeşlik: “Niyə hamının gözü qarşısında abidənin başı qoparılır?"

Türk jurnalistdən ermənilərə tərəfkeşlik: “Niyə hamının gözü qarşısında abidənin başı qoparılır?"

27 Aprel 2011, 13:59

Türkiyənin tanımış jurnalisti Mehmet Əli Birand Qars şəhərində erməni-türk dostluğu abidəsinin sökülməsinə etirazını bildirib. “Hüriyyət” qəzetində yazıdğı məqaləsində Birand qeyd edib ki, “abidənin sökülməsi heykəli yaradanlar və incəsənət üçün çıxarılmış ölüm hökmüdür”.

Modern.az “Huriyyət Dayli”-yə istinadən bildirir ki, Birand Qars bələdiyyədinin buna razılıq verməsinə kəskin münasibət açıqlayıb.
“Ola bilsin bu abidə əcaibdir, amma niyə bu yalnız AKP hakimiyyətə gələndən sonra Qars bələdiyyədinin yadına düşüb? Başa düşmürəm, şəhərin simvoluna çevrilən bu abidənin niyə hamını gözü qarşısında başı qoparılır? Əgər AKP şou düzəltmək istəyirdisə, bu həddən artıq qeyri-peşəkar şoudur”-deyə Birand yazıb.

Jurnaıist abidənin sökülməsinin Ərdoğanın imicinə xeyir gətirməyəcəyini vurğulayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?