Modern.az

Türkiyə ABŞ üçün vacib müttəfiqdir

Türkiyə ABŞ üçün vacib müttəfiqdir

Dünya

19 May 2017, 23:28

“Türkiyə İŞİD-ə qarşı mübarizədə əvəzolunmaz müttəfiqdir. Türkiyə vacib ortağımızdır. Türkiyə olmasa İŞİD-i məğlub edə bilmərik. Hər gün onlarla birlikdə çalışırıq”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın İŞİD-ə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Bret Makqark bildirib.

ABŞ rəsmisi daha sonar bildirib ki, hər koalisiya üzvü ilə olduğu kimi, Türkiyə ilə də fərqli baxışlarımız var: “Rakka əməliyyatından sonra Türkiyə ilə yaxından əməkdaşlığa davam edəcəyik”.

Qeyd edək ki, Türkiyə rəsmiləri Makqarkın YPG terrorçularına dəstək verdiyini əsas gətirərək, Pentaqondan onun vəzifədən uzaqlaşdırılmasını tələb etmişdi.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU