Modern.az

Arif Hacılını həbsdən evə buraxmadılar...

Arif Hacılını həbsdən evə buraxmadılar...

27 Aprel 2011, 14:17

Bu gün Səbail Rayon Məhkəməsində Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının vəsatəti əsasında məhkəmə prosesi keçirilib. Vəkil Əsabəli Mustafayevin verdiyi xəbərə görə, hakim Famil Nəsibovun sədrlik etdiyi prosesdə vəkillər hakimə etirazla bağlı vəsatət veriblər. Hakim həmin vəsatəti baxılmamış saxlayıb. Məhkəmə Arif Hacılının barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatəti isə təmin etməyib. (APA)

Qeyd edək ki, aprelin 2-də A. Hacılının da üzvü olduğu İctimai Palata Bakının mərkəzində aksiya keçirməyə cəhd edib. Həmin gün baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Səbail Rayon Məhkəməsi A. Hacılın barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?