Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir neçə yarış üzrə idmançılar mübarizə aparacaqlar.
Modern.az xəbər verir ki, atletika yarışlarında kişilər 1500, 10 000 m qaçış və 4 X 400 m estafet qaçışı, nüvə itələmə, uzunluğa tullanma və şüvüllə tullanma, qadınlar isə 10 000 m qaçış və 4 X 400 m estafet qaçışı yarışlarında qüvvələrini sınayacaqlar.
3X3 basketbol turnirində qadın və kişilərdən ibarət komandaların ¼ finalda mübarizəsi davam edəcək. Qadınlardan və kişilərdən ibarət millilərimiz müvafiq olaraq İndoneziya yığmaları ilə qarşılaşacaq.
Suya tullanmada kişilərin 10 m platforma yarışında qaliblər müəyyənləşəcək.
Stolüstü tennisdə komanda yarışları başlayacaq.
Bu gün tennisçilərin də mübarizəsi davam edəcək.
Kişi voleybolçulardan ibarət komandalar arasında finalçılar müəyyən olunacaq.
Sərbəst güləş yarışının ikinci günündə Azərbaycanı Hacı Əliyev (61 kq), Murtuz Müslümov (70 kq), Şərif Şərifov (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.
Bu gün həm də uşu yarışına start verəcək.
Eləcə də zorxana yarışları başlayacaq.
Modern.az