Modern.az

Həsən Ruhani yenidən İran prezidenti seçildi  - YENİLƏNİB

Həsən Ruhani yenidən İran prezidenti seçildi  - YENİLƏNİB

Dünya

20 May 2017, 11:21

Ötən gün İranda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Daxili İşlər Nazirliyində yaradılmış Mərkəzi Seçki Qərargahının rəhbəri Əli Əsgər Əhmədinin verdiyi məlumata görə, indiyədək 41 milyonadək bülleten sayılıb.

O bildirib ki, seçicilərin 22 milyon 796 min 468-i (56.88 faiz) hazırki dövlət başçısı Həsən Ruhaniyə, 15 milyon 452 min 194-ü (38.56 faiz) İbrahim Rəisiyə səs verib.

Səslərin 455 min 211-i (1.14 faiz) Mustafa Mirsəlimə, 210 min 597-si ( 0.53 faiz)  isə Haşimi Təbayə verilib.  Az bir qisim sayılmayan bülleten qalıb. Hazırda həmin  bülletenlərin sayılması prosesi davam edir.

Ancaq artıq Ruhaninin İran prezidenti seçildiyini söyləmək olar.

***

İranda dünən keçirilmiş prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilkin nəticələrə görə, hazırki dövlət başçısı Həsən Ruhani digər rəqiblərindən öndə gedir.

Reuters agentliyinin məlumatına görə, səslərin 37 milyonu sayılıb və Həsən Ruhani 21,6 milyon səs toplayıb. Prezidentliyə digər əsas namizəd İbrahim Rəisi isə ondan xeyli geri qalır, o, 14 milyon səs yığıb.

Ekspertlər yekun nəticədə də Həsən Ruhaninin qələbə qazanacağını istisna etmirlər.

İranda səsvermə hüququna malik əhalinin sayı 56 milyon nəfərdir.

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU