Modern.az

Kənd Təsərrüfatı Nazirliyi: bolluq olacaq

Kənd Təsərrüfatı Nazirliyi: bolluq olacaq

Aktual

20 May 2017, 09:29

Son vaxtlar havaların qeyri-sabit keçməsi kənd təsərrüfatı sahəsindən də təsirsiz  ötüşməyib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Murtuzəli Hacıyev Modern.az-a açıqlamasında bildirib ki, yağıntılı hava şəraiti  kənd təsərrüfatının bütün sahələrinə müsbət təsir edəcək:

“Yağıntılı hava şəraiti kənd təsərrüfatının bütün sahələrinə, xüsusilə də taxılçılığa müsbət təsir edəcək. Bildiyiniz kimi,  müəyyən müddət hava şəraiti nisbətən quraqlıq keçdi. Lakin, bu müddətdə yağıntının düşməyi taxılların sünbülləmə mərhələsinə müsbət  təsir göstərib.

Eyni zamanda bu proses digər səhələrə, pambıq əkinlərinə, may ayında əkilən tərəvəz sahələrində torpaqda nəmliyin toplanmasına zəmin yaradır. Kənd təsərrüfatı sahələrinin sürətli inkişafını təmin edir. Hesab edirəm ki, bu mənfi hal deyil. Yağıntılar xüsusilə taxılçılıq və dəmyə  bitkiçiliyinə müsbət təsir edəcək”.

Nəcəf RUSLANOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım