"Reydlər davam edir. Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobuslara artıq rast gəlinmir".
Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Şöbə rəisi bildirib ki, nadir hallarda sifariş əsasında hərəkət edənlərə rast gəlmək olar.
"Sumqayıtdan Bakıya və əks istiqamətdə avtobuslar əsasən avtovağzallardan hərəkət edir", - deyə o bildirib.
Mirmahmud KAZIMOĞLU