“IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü – mayın 22-də 6, 8, 33, 52, 88 və 202 saylı marşrut xətlərinin istiqaməti dəyişəcək.”
Modern.az xəbər verir ki, bunu mayın 20-də keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
Şöbə müdiri bildirib ki, bu marşrut avtobuslarının hərəkəti üçün seçilmiş alternativ yollar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.
Mirmahmud KAZIMOĞLU