Mayın 22-də Rusiyanın Baş naziri Dmitri Medvedyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) sammitində iştirak etmək üçünTürkiyəyə səfər edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sammit çərçivəsində D. Medvedyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüş zamanı “Türk axını” Təbii Qaz Boru Xətti Layihəsi və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.
D.Medvedyevin həmçinin türkiyəli həmkarı Binəli Yıldırımla da görüşü planlaşdırılıb.
Mirmahmud KAZIMOĞLU