Modern.az

Gömrük Komitəsi Rusiyaya pomidor daşıyanların problemini inkar etdi

Gömrük Komitəsi Rusiyaya pomidor daşıyanların problemini inkar etdi

Aktual

20 May 2017, 13:46

Dövlət Gömrük Komitəsi (DGK) ölkədə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan Rusiyaya pomidor daşıyan nəqliyyat vasitələrinə gömrük nəzarətinin sərtləşdirilməsinin səbəb olduğu barədə məlumatlara aydınlıq gətirib.

 

Bəzi KİV-lərin məlumatına görə, Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan nəqliyyat vasitələrinə bu ölkə ilə sərhəddə yükün çəkisi ilə bağlı hədd qoyulub.

DGK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hazırda Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yüş maşınları ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiya Federasiyasına pomidor aparan avtomobillərin sərhədkeçmə  prosesində hər hansı problem yoxdur.

 

“Son 2 gün ərzində şimal sərhədindən Rusiya Federasiyasına 85 yük avtomobili və 49 vaqon pomidor məhsulu heç bir maneə olmadan ixrac edilib”.

 

DGK onu da bildirir ki, iki ölkənin qarşılıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə həllini tapır.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım