Modern.az

ABŞ-ın 1-ci xanımı Ərəbistanda hicab bağlamaqdan imtina etdi - FOTO

ABŞ-ın 1-ci xanımı Ərəbistanda hicab bağlamaqdan imtina etdi - FOTO

Aktual

20 May 2017, 14:00

ABŞ-ın birinci xanımı Melaniya Tramp əri ilə Səudiyyə Ərəbistanına səfəri zamanı hicab bağlamaqdan imtina edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında qadınlarla bağlı sərt geyim qaydalarına görə, ölkəyə ayaq basan əcnəbi xanımlar da hicab bağlamalıdır. Lakin ABŞ-ın birinci xanımı bu qaydalara məhəl qoymayıb.

Xatırladaq  ki, daha əvvəl Almaniya kansleri Angela Merkel də Səudiyyə Ərəbistanına  səfəri zamanı hicab örtməkdən imtina etmişdi.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım