Modern.az

Ər-arvadı şantajla hədələyənlər tutuldu

Ər-arvadı şantajla hədələyənlər tutuldu

Aktual

20 May 2017, 14:53

Abşeronda ər-arvadı şantajla hədələyib pul almaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, mayın 9-da Xırdalan şəhər sakinləri olan ər-arvad Abşeron RPİ-yə müraciət edərək 2012-ci ilin fevralından cari ilin may ayınadək olan müddətdə Saray qəsəbə sakinləri Nizami Cəfərov və Kamil Muxtarovun barələrində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyərək onlardan ümumilikdə 31 min manat pul almalarını bildiriblər.

 

Abşeron RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Cəfərov və K.Muxtarov tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım