Modern.az

Sabahdan etibarən hava mülayimləşəcək

Sabahdan etibarən hava mülayimləşəcək

Təhsil

27 Aprel 2011, 15:19

Sabahdan etibarən qeyri-sabit keçən hava şəraiti mülayimləşək. Bu barədə Modern.az saytına  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun direktoru İmran Məmmədov məlumat verib.

Sabah Bakı və Abşeron yarmadasında yağmursuz hava şəraiti müşahidə olunaçaq. İ.Məmmədovun sözlərinə görə, ayın 28-dən etibarən qarşıdakı üç gün ərzində - 29, 30 və 1 mayda hava nisbətən mülayim keçəçək.
Sabah səhər saatlarında şimal-qərb küləyi əsəcək,  daha sonra şimal-qərb küləyi mülayim cənub küləyi ilə əvəz olunacaq.

İ.Məmmədovun sözlərinə görə, paytaxtda yağmursuz hava olsa da, bəzi bölgələrdə yağmurlu hava şəraiti davam edəcək.

Sədaqət SÜLEYMANOVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?