Modern.az

Azərbaycan İslamiadada 65-ci qızılı qazandı

Azərbaycan İslamiadada 65-ci qızılı qazandı

Aktual

20 May 2017, 18:27

Mayın 20-də İslam Oyunlarının sərbəst güləş yarışlarının sonuncu günündə Azərbaycanın üç pəhləvanı qızıl, bir idmançımız isə bürünc medal uğrunda mübarizə aparır.

Modern.az xəbər verir ki, sərbəst güləş yarışlarının sonuncu günündə atletlər dörd çəki dərəcəsində xalça üzərinə çıxıblar.

Qızıl medal uğrunda yarışan güləşçimiz Hacı Əliyev (61 kq) İslamiadanın qalibi olub. O, qırğızıstanlı Alibek Osmonovu məğlub edib.

Bu, Azərbaycanın İslamiadada qazandığı 65-ci qızıl medalıdır.

Qeyd edək ki, güləşçilərimiz Murtuzəli Müslümov (70 kq) və Cəmaləddin Maqomedov (125 kq) da qızıl uğrunda mübarizə aparır. Şərif Şərifov (86 kq) isə üçüncü yer uğrunda gücünü sınayır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım