Modern.az

Türk sərnişinə görə 2 “F-16” təyyarəsi hava qalxdı

Türk sərnişinə görə 2 “F-16” təyyarəsi hava qalxdı

Dünya

20 May 2017, 21:58

ABŞ-ın Los-Anceles şəhərindən havaya qalxan “Airbus 321” təyyarəsində türk sərnişin özünü qaydalara uyğun aparmaması səbəbindən polis tərəfindən saxlanılıb. Modern.az Axar.az-a istinadən xəbər verir ki, ekipaj heyəti Anıl U. adlı 25 yaşlı sərnişinin sərxoş vəziyyətdə hamam dəsmalı təyyarənin ön tərəfində durduğunun fərqinə varıblar.

Edilən xəbərdarlıqlara məhəl qoymayan sərnişin təyyarənin qapısına müdaxilə etməyə başlayıb.

Daha sonra ekipaj heyəti nümayəndələrinin və bəzi sərnişinlərin yardımı ilə Anıl.U qandalla oturacağa bərkidilib.

Ekipajın olay barədə dispetçerə məlumat verməsindən sonra Havay adasından dərhal 2 “F-16” təyyarəsi hava qalxıb və sözügedən sərnişin təyarəsini izləməyə başlayıb.

Təyyarə eniş etdikdən sonra türk sərnişin polis tərəfindən saxlanılıb və haqqında araşdırma başladılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU