Gənclər Təşkilatları Milli Şurasına üzv təşkilatların müzakirəsi keçirilib
Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması istiqamətində işçi qrupu fəaliyyətini davam edir. İşçi qrupuna daxil olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası bu gün üzv təşkilatları ilə bərabər tədbir keçirib. Milli Şuranın mətbuat xidmətinin məlumatına görə, tədbiri giriş sözü ilə açan Milli Şuranın baş katibi Orxan Ərəbov bildirib ki, görüşün keçirilməsində əsas məqsəd quruma üzv olan təşkilatların fikir və təkliflərinin müzakirəsidir. Həmçinin Dövlət Proqramının hazırlanmasında gənclərin yaxından iştirakını təmin etməkdir.
Milli Şuranın katibliyi və üzv təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən Şuranın sədri, millət vəkili Fuad Muradov bildirib ki, bu görüşün keçirilməsi çox əhəmiyyətlidir.
«Biz işçi qrupu olaraq istəyirik ki, gənclərimizin bütün təkliflərini dinləyək. Onları narahat edən məsələləri eşidək. Bütün bu məsələlərin Dövlət Proqramında öz əksini tapmasına nail olaq».
Sonra müzakirələr olubı. Gənclər təşkilatları öz fikir və təkliflərini irəli sürüblər. Tədbirdə gənclərlə bağlı bir sıra məsələlər səsləndirilib. Gənclərin sosial problemləri – gənc ailələrin evlə təmin edilməsi, gənclər üçün yeni iş yerlərinin açılması, gənclərin təhsil, cəmiyyətə inteqrasiya və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin edilməsi üçün bir sıra təkliflər səsləndirilib.
QHT evinib yaranması, gənclər uçun ipoteka, gənclər uçun güzəştli kreditlər, elektron resursların genişləndirilməsi, regionda məşğulluq məsələsi, gənclərlə bağlı informasiya portalı, regionlarda informasiya dayaq, gənclər televiziyasının yaradılması, təhsil almaq üçün uzun müddətli faizsiz kreditlərin verilməsi və s. deyilən təkliflər sırasında olub.
Tədbirin sonunda bir fikir yekdil olaraq qəbul olunub ki, səsləndirilən hər bir təklif Azərbaycan gənclərinin gələcək həyatında mühüm rol oynamalı və Dövlət Proqramında əksini tapacaq məsələlər ölkəmizin inkişafına xidmət etməlidir.
|
|
|