İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayon mərkəzində baş verib. Kəlbəcər rayon sakini 1963-cü il təvəllüdlü Məmmədov Zakir Məhəmməd oğlunun idarə etdiyi “VAZ- 2106” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü ölüb, iki azyaşlı uşaq xəsarət alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Modern.az