“Havaların qeyri –sabit keçməsi orqanizmi zəif olan insanlarda xroniki xəstəliklərin ortaya çıxmasına səbəb ola bilər. Amma bununla belə, şəhərdə infeksiya xəstəliklərinin yayılması təhlükəsi yoxdur”.
Bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti, Milli Elmi-Tətqiqat Tibbi Profilaktika İnstitunun direktoru Namiq Əliyev son günlər müşahidə edilən qeyri-sabit havaların insanlarda xəstəliklərə yolixma təhlükəsi ilə bağlı danışarkən Modern.az saytına bildirib.
Onun sözlərinə görə, havaların qeyri-stabil kecməsi bir çox xəstəliklərin yayılmasına təsir edə bilməz. “Havaların əlverişsiz kecməsi ola bilsin dolayı yolla orqanizmi zəif insanlara təsir edə bilər.Və bu zəiflik əsasında da xroniki xəstəlik ortaya çıxar”.
Hal-hazırda şəhərdə infeksion xəstəliklərin olmadığını deyən N.Əliyev eyni zamanda bildirib ki, fəsillə əlaqəli olaraq bəzi xəstəliklər ortaya çıxa bilər. “Bu gün fəsillə əlaqəli olaraq yazda-yayda kəskin bağırsaq infeksiyaları ortaya cıxa bilər. Qida toksigeni infeksiası, bakterial infeksiya ola bilər”.
N.Əliyevin sözlərinə görə, fəsillə bağlı müəyyən infeksiya xəstəlikləri ortaya çıxsa da, bu, epidemiya təhlükəsi yaratmır.
Sədaqət SÜLEYMANOVA