Modern.az

Rusiyada ağır yol qəzası: 5 ölü, 2 yaralı

Rusiyada ağır yol qəzası: 5 ölü, 2 yaralı

Dünya

21 May 2017, 10:47

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ötən gecə yerli vaxtla saat 03.00 radələrində Başqırdıstanda “Nissan Skyline” və “Lada Kalina” markalı iki minik avtomobili toqquşub.

 

“Lada Kalina” markalı minik avtomobilinin sürücüsü və onun üç sərnişini, o cümlədən digər avtomobilin sürücüsü ölüb. Qəzada xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU