Modern.az

İstanbulda QDİƏT xarici işlər nazirləri şurasının iclası keçirilir

İstanbulda QDİƏT xarici işlər nazirləri şurasının iclası keçirilir

Aktual

21 May 2017, 11:41

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının iclası işə başlayıb. Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

 

Modern.az xəbər verir ki, iclası Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş açıb. Sonra QDİƏT-in baş katibi Maykl Kristidesin çıxışı dinlənilib. İclasda QDİƏT-nin ötən dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunur.

 

Qeyd edək ki, mayın 22-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının 25-ci ildönümünə həsr olunan Zirvə toplantısı keçiriləcək. Dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək toplantıda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım