Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

21 May 2017, 12:32

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

 

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə  14-16° isti, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunu, nisbi rütubət  gecə 85-95 %, gündüz 55-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, mayın 22-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.  

 

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım