Modern.az

Sabah Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək​​​

Sabah Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək​​​

Aktual

21 May 2017, 13:54

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında memorandum imzalanacaq

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Gürcüstanda səfərdədir.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, Z. Həsənov bu gün Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib.

 

Sabah Z. Həsənovun səfər çərçivəsində Gürcüstanlı həmkarı Levan İzoriya ilə  görüşü planlaşdırılıb. İki ölkə arasında ikitərəfli müdafiə məsələləri müzakirə olunacaq və nazirliklər arasında memorandum imzalanacaq.

 

Sabah Azərbaycan müdafiə nazirinin Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşləri də planlaşdırılıb. Z. Həsənov sabah axşam saatlarında isə Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin iştirak etdiyi üçtərəfli görüşə qatılacaq.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım