Modern.az

İslamiada: Rüfət Gülalıyev zorxana yarışlarında qızıl medala sahib olub

İslamiada: Rüfət Gülalıyev zorxana yarışlarında qızıl medala sahib olub

Aktual

21 May 2017, 14:05

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarında kişilər arasında səngi növü üzrə mübarizədə Azərbaycan idmançısı Rüfət Gülalıyev qalib olub.

 

Modern.az-ın məlumatına görə, idmançılar səngi, milbazi və çərxi-tiz fərdi növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

 

Zorxana yarışlarının səngi növü üzrə qızıl medala Azərbaycan idmançısı Rüfət Gülalıyev layiq görülüb. Gümüş medala iranlı Mobin Zibalağa, bürünc medallara isə əfqanıstanlı Hakimulla Bigzadə və tacikistanlı Novruz Arabov sahib olublar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım