Modern.az

Rusiya xarici işlər nazirinin müavini: UAK-ın qeydiyyatının ləğvi siyasətlə bağlı deyil

Rusiya xarici işlər nazirinin müavini: UAK-ın qeydiyyatının ləğvi siyasətlə bağlı deyil

Aktual

21 May 2017, 17:07

Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenzya Rusiya Ali Məhkəməsi mayın 15-də tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirib.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  V. Nebenzya UAK-ın qeydiyyatının ləğvinin siyasətlə bağlı olmadığını və Moskva-Bakı münasibətlərinə təsir göstərməməli olduğunu bildirib.

 

V. Nebenzya deyib ki, bu, iki dövlət arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır: “Məsələ hüquqi müstəvidədir, buna belə də baxmaq lazımdır. Bu qərar siyasi iradə ilə bağlı deyil. Qərar Rusiya hüquq-mühafizə orqanları UAK-ın qeydiyyatında hüquqi prosedurların pozulmasını aşkarlaması ilə bağlıdır. Mən tam əminəm ki, bu məsələ Azərbaycanla münasibətlərimizə təsir göstərməməlidir”. 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım