Modern.az

İsa Qəmbərin oğlu: “Polislər mənimlə çox nəzakətli davrandılar”

İsa Qəmbərin oğlu: “Polislər mənimlə çox nəzakətli davrandılar”

27 Aprel 2011, 18:28

İctimai Palatanın üzvü, gənc fəal Turqut Qəmbər 2 aprel mitinqi ilə bağlı başlanan cinayət işinin istintaqına şahid qismində ifadə verməsi üçün bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Turqut Qəmbər saat 15-00-da BŞBPİ-yə gedib və 3 saata yaxın idarədə sorğu-suala tutulub. T.Qəmbər “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ona İctimai Palatanın 2 aprel mitinqi ilə bağlı çoxsaylı suallar verilib: “Sualları yazılı cavablandırdım və imza atdım”.
Gənc fəalın dediyinə görə, polis idarəsində ona heç bir təzyiq edilməyib: “Çox nəzakətli, mədəni davrandılar. Suallarını verdilər, cavablandırdım”.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?