Modern.az

Alimlərin əmək haqları artırıldı

Alimlərin əmək haqları artırıldı

27 Aprel 2011, 18:52

Prezident bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. (AzTV).

Sərəncama əsasən, Azərbaycan  Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2011-ci il mayın 1-dən orta  hesabla 20 faiz artırılıb.

Prezidentin digər sərəncamı ilə “Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli sərəncamında dəyişiklik edilib.

Mayın 1-dən qüvvəyə minən bu sərəncama əsasən, Azərbaycan  Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 1200 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 850 manat məbləğində müəyyən edilib.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?