Modern.az

“Türk Hava Yolları” Azərbaycanda 20 yaşını qeyd edib

“Türk Hava Yolları” Azərbaycanda 20 yaşını qeyd edib

27 Aprel 2011, 19:19

“Türk Hava Yolları” Azərbaycandakı fəaliyyətlərinin 20 ilinin tamam olması ilə bağlı tədbir keçirib. Tədbirdə ölkədəki fəaliyyətlə bağlı qeyd olunub ki, şirkətin 166 təyyarəsi dünyanın 180 nöqtəsinə uçur. Bu il təyyarələrin sayının 176-ya çatdırılması nəzərdə tutulur. Azərbaycanda isə “Türk Hava Yolları” gün ərzində 3 uçuş həyata keçirir.
Şirkətin Azərbayacan üzrə nümayəndəliyindən bildiriblər ki, iyun ayından etibarən bu uçuşların sayı 4-ə çatacaq. Şirkət həmçinin Naxçıvana da təyyarə reyslərini artırıb. Bu ildən şirkətin təyyarələri artıq həftədə üç dəfə Naxçıvana uçacaq.

Tədbirdə həmçinin şirkətin sponsor fəaliyyəti ilə bağlı işləri barədə də məlumatlar verilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?