Modern.az

Media nümayəndələri Suraxanı rayonunda olublar (FOTOLAR)

Media nümayəndələri Suraxanı rayonunda olublar (FOTOLAR)

Təhsil

27 Aprel 2011, 19:40

Azərbaycan Respublikasinin Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  və  Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 27-də Suraxanı rayonunda yerləşən  Heydər Əliyev Mərkəzində   “Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu” mövzusunda  konfrans keçirilib. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov,  20-dən artıq media rəhbəri , Suraxanı rayon  ziyalıları, aktiv gənclər  və  tələbələri iştirak ediblər.   

Konfransı  giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin  başçısı İlqar Abbasov qonaqları salamlayaraq  konfransın mahiyyəti və vacibliyi haqqında  məlumat verib.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun   icraçı direktoru Vüqar Səfərli çıxışında Azərbaycan mətbuatına göstərilən dövlət dəstəyi və Fondun fəaliyyəti barədə geniş məlumat verib:
“Başqa sahələrdə olduğu kimi media sahəsinin inkişafı da dövlət başçısının diqqət mərkəzindədir. Belə ki, iki il öncə yaradılan Fond Azərbaycanın müstəqil mətbuatının inkişafına xidmət edir. 

 Fond  KİV-lərin inkişaf etdirilməsi üçün layihə müsabiqələri və jurnalistlər arasında yazı müsabiqələri təşkil etmişdir. Bu da öz növbəsində jurnalistlərin peşəkarlığının artırılmasına  va maddi-sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. Bundan əlavə KİV təşkilatlarına maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədilə  birdəfəlik yardımlar edilmişdir”.

Bu  mövzu ətrafında media rəhbərlərindən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, “İki Sahil” qəzetinin baş redaktoru  Vüqar Rəhimzadə , “Paralel” qəzetinin baş redaktoru  Tapdıq Abbas və “Olimpiya Dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev geniş çıxış ediblər.  
Bundan sonra mövzu ətrafında müzakirələr olub. Müzakirələr zamanı əsasən gənclərin verdiyi suallara  media nümayəndələri ətraflı cavab verib.  Konfrans zamanı İstanbul və Kiyevdə ali təhsil alan tələbələr Şaiq Paşayev və Fariz Tağıyev konfransa internet vasitəsi ilə canlı olaraq qoşulub. Qeyd edək ki bu tələbələr  orta tahsillərini Suraxanı rayonunda alıblar.  Sonda qonaqlara  Suraxanı rayonunda son illər görülmüş abadlıq və quruculuq işləri bağlı film nümaiş etdirilib.





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir