Modern.az

Aleksandr Lakazetin planında Arsenal klubu yoxdur

Aleksandr Lakazetin planında Arsenal klubu yoxdur

Aktual

23 May 2017, 11:19

 

Fransız futbolçunun cari mövsümün sonunda Olimpik Lyonu tərk edəcəyi məlum olub.

 

Modern.az xəbər verir ki, futbolçu Fransa mətbuatına açıqlamasında bildirib:

“Düşünürəm ki, bu əsl vaxtdır. Futbolda yeni istedadlarımı üzə çıxarmaq üçün, fərqli divizyonda çıxış etmək istəyirəm”.

 

Bir çox klubla adı hallanan futbolçu ilə ən çox Arsenal klubu yaxın təmas qura bilmişdi. Lakin fransız topçu üçün 35 milyon avronu gözdən çıxaran şimali London klubu, əliboş qayıtmalı olub.

 

Belə ki, Lyon klubunun rəhbərliyi, futbolçunun transferi üçün 48 milyon avro təyin edib.

 

Daha sonra məlum olub ki, A.Lakazet İspaniyanın Atletiko Madrid klubunda çıxış etmək istəyir. Bunu məhz futbolçunun özü L'Equipe jurnalına müsahibəsində deyib:

“Atletiko Madrid illərdir Çempionlar Liqasında çıxış edir. Bu, klubun güclülər sırasında olduğunu göstərir. Orada Antuan Qrizman ilə birlikdə oynamaq istəyərəm. Onunla 18 yaş Fransa milli komandasında oynamışıq”.

 

Məcid Əmirov

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım