Modern.az

İsrail vətəndaşı Bakı aeroportunda qanunu POZUB - pulu GİZLƏDİB 

 İsrail vətəndaşı Bakı aeroportunda qanunu POZUB - pulu GİZLƏDİB 

Aktual

23 May 2017, 11:37

Dövlət Gömrük Komitəsi (DGK) hava limanında İsrail vətəndaşına qarsı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumat görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

 

"Qeyd edək ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu videoçəkilişdən də aydın görmək olar. Faktla bağlı ətraflı məlumat veriləcək".

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım