Modern.az

Klinton həmsədrləri gözləyir

Klinton həmsədrləri gözləyir

28 Aprel 2011, 12:40

ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtonda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnslə görüşüblər. Bu barədə Dövlət Departamenti məlumat yayıb. Həmsədrlər Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bratke (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin qatıldığı görüşdə Börns bildirib ki, ABŞ həmsədr kimi Minsk Qrupuna münaqişənin sülh yolu ilə həll edilməsinə kömək etməyə hazırdır.

Həmsədrlərin həmçinin dövlət katibi Hillari Klintonla görüşü planlaşdırılır.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?