Modern.az

Parisin mərkəzində 5 milyon avroluq oğurluq

Parisin mərkəzində 5 milyon avroluq oğurluq

Aktual

23 May 2017, 18:58

Fransanın paytaxtı Parisin mərkəzində balta və tapança ilə silahlanmış 3 naməlum şəxs zərgərlik mağazasına hücum edib.

 

Modern.az-ın məlumatına görə, soyğunçular müştərilərin də olduğu mağazaya daxil olaraq vitrinləri sındırıb, orada olan zərgərlik məmulatlarını soyublar.

 

Polisin mağaza rəhbərliyinə istinadən verdiyi məlumata görə, mağazadan 5 milyon avro dəyərində zərgərlik məmulatları oğurlanıb.

Hazırda həmin şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR