Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Aktual

23 May 2017, 22:33

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti 54,72 dollar olub. Modern.az xəbər verir ki, bu da ötən cümə gününə olan göstəricidən 0,47 dollar/barel çoxdur.

Ölkənin neft-qaz bazarındakı mənbədən "Trend"ə verilən məlumata görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 53,9 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 22-də 51,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 22-də 53,39 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,6 dollar/barel çoxdur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR