Birləşmiş Millətlər Təşkilatının iki nəfər sülhməramlısı öldürülüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Malinin şimal-şərqindəki Kidal əyalətində baş verib. Sülhməramlılar naməlum şəxslərin hücumu zamanı öldürülüb. Hücum nəticəsində daha bir sülhməramlı yaralanıb.
Modern.az