Dünən gecə Moskvada azərbaycanlılarla ruslar arasında dava düşüb. Dava iki maşının toqquşması nəticəsində yaranıb. Modern.az “İnterfaks”a istinadən bildirir ki, Mockva şəhər milis idarəsinin məlumatına görə, Şoloxov küçəsində “Mazda” avtomobilinin azərbaycanlı sürücüsü maşını geri verərkən biz qızın idarə etdiyi BMV X5 –lə toqquşub.
Polis qəzanı qeydə alan zaman orada olan 15 nəfər arasında qalmaqal düşüb.
Polis davanı sakitləşdirsə də, tamam aradan qaldıra bilməyib. Yarım saatadan sonra hadisə yerinə 60-dək adam gəlib. Dava-dalaş salmaq istəyən şəxsləri polis zərərsizləşdirib. Davada 10 rus və 5 azərbaycanlı iştirak edib. Qalmaqala səbəb kimi qızın əlinin sınması səbəb olub.
Bundan sonra davanın “ikinci raundu” başlanıb. Polisin müdaxiləsi ilə gecə saat 2-də tərəfləri sakitləşdirmək olub. Bir azərbaycanlı kəllə-beyin travması alıb.
Modern.az