İctimai Palatanın Koordinasiya Şurasının bu günkü iclasında qurumun sabah keçiriləcək sessiyasının gündəliyi formalaşacaq. Yeni mitinqlə bağlı müzakirələr isə Şuranın təqdim etdiyi gündəlikdən asılıdır”. Bu sözləri Modern.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı növbəti aksiya barədə partiyanın mövqeyini şərh edərkən deyib.
Hazırda İctimai Palatanın Koordinasiya Şurasının iclasının keçirildiyini deyən Gülağa Aslanlı bildirib ki, şuranın bugünkü iclasında İctimai Palatanın sabah keçirilən növbəti sessiyasının gündəliyi müəyyən olunacaq. Bununla yanaşı G.Aslanlı kütləvi aksiyalarla bağlı məsələnin də müzakirə olunacağını deyib:
“Koordinasiya Şurasının yığıncağında kütləvi aksiyalarla bağlı məsələ müzakirə olunduqdan sonra qəti qərara veriləcək”
Anar Rüstəmov