Modern.az

İlham Əliyev Yanukoviçi qarşılayıb

İlham Əliyev Yanukoviçi qarşılayıb

28 Aprel 2011, 14:24

Aprelin 28-də Azərbaycan Respublikasına səfərə gələn Ukrayna prezidenti Viktor Yanukoviçin rəsmi qarşılanma mərasimi olub. (AzərTAc).

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib. Daha sonra prezident İlham Əliyev Ukrayna prezidenti Viktor Yanukoviçi qarşılayıb və Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Viktor Yanukoviçə, Ukrayna nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub. Sonda dövlət başçıları rəsmi foto çəkdiriblər.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?