“Əl-Qaidə” terror təşkilatının liderilərindən biri olan 42 yaşlı Rəhim Mühəmməd Hüseyn Abdax əl-Naşiri özünü könüllü olaraq axtalatdırıb. Modern.az-ın məlumatına görə, bu barədə “The Daily Telegraph” qəzeti bildirib. Əl-Naşiri bunu qadınlara olan diqqətini yayındırmaq və daha çox cihada həsr etmək üçün etdiyini deyib.
Quantonamada həbsdə olan “dəniz əmiri” adlanan Əl-Naşiri “Əl-Qaidə”nin üç ən yüksək rütbəli şəxslərindən hesab olunur. O, birbaşa yalnız Üsamə Ben Ladenə tabedir. Xüsusi xidmət Əl-Naşirini 2002-ci ildə həbs etsə də, o yalnız 2006-cı ildə Quantonamaya təhvil verilib. Dörd ili o, Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarında yatıb.
İstintaq zamanı Əl-Naşiri etraif edib ki, özünü könüllü olaraq axtaladıb. “Saxlanılan cihada elə bağlıdır ki, bunun üçün kimyəvi iynəni qəbul edib və tərəfdarlarını da belə etməyə çağırıb”-deyə müstəntiqlər bildiriblər.
Əl-Naşiri 2000-ci ildə Amerikanın USS Cole esminesinə hücumdan şübhəli olaraq tutulub. Həmin terror aktı nəticəsində Yəməndə 17 amerikalı dənizçi öldürülüb, onlarla dənizçi yaralanıb.
Modern.az