Modern.az

Qənirə Paşayeva İğdırın dərnək başqanı ilə görüşüb

Qənirə Paşayeva İğdırın dərnək başqanı ilə görüşüb

28 Aprel 2011, 15:16

Millət vəkili Qənirə Paşayeva bu gün İğdır Əslsiz Erməni İddialarıyla Mücadilə Dərnəyi (ASİM-DER) İdarə heyəti başqanı  Göksal Gülbəylə görüşüb.

Deputatın Modern.az saytına verdiyi məlumata görə, görüşdə qondarma erməni soyqırımı yalanlarının ifşa olunması ilə bağlı ictimai birliklərin üzə­rinə düşən vəzifələr, özəlliklə, ASİM-DER-in bu günədək gerçəkləşdirdiyi işlər barədə fikir mübadiləsi aparılib.

Millət vəkili istər qondarma erməni soyqırımı ilə bağlı, istərsə də ermənilərin XX yüz­illiyin əvvəllərində Türkiyənin Quzey-batısında, eləcə də 1918-ci ilin mart ayında Azərbaycanın əksər bölgələrində Bakıda, Şa­maxıda, Qubada və digər bölgələrdə, yüzilliyin sonunda – 26 fevral 1992-ci ildə isə Xo­calıda törətdiyi əsl soyqırım aktları, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülməsi mümkün və qaçılmaz olan tədbirlər barədə öz fikir və mülahizələrini bölüşüb.

Bu mövzuda bir neçə kitab və sənədli film müəllifi olduğunu xatırladan xanım millət vəkili Azərbaycanla bağlı gerçəkliyin nəinki xarici ölkələrdə, beynəlxalq təşkilatlarda gərəyincə bilinmədiyini, bəzən qardaş ölkə­lərimizin bir çox vətəndaşlarının belə bu həqiqətlərə vaqif olmadığını dilə gətirib. Odur ki, ASİM-DER kimi ictimai təsisatların uyğun birliklərlə əməkdaşlıq şə­ra­itində daha təsirli tədbirlər görməsi, özəlliklə üç ölkənin sərhəddində yerləşən İğdır kimi önəmli bir məkanda fəaliyyət göstərməyin mahiyyətinə varmaqda fayda olduğunu vurğulayıb.

ASİM-DER İdarə heyəti başqanı Göksal Gülbəy indiyədək gerçəkləşdirmiş olduqları işlər barədə məlumatların əks olunduğu qovluğu millət vəkilinə təqdim edərək, təmsil etdiyi dərnəyin planlaşdırdığı yeni layihələr barədə məlumat verib.

Tür­kiyəli qonaq millət vəkilinin bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu 28 may günü ərəfəsində, habelə respublikamızın öz dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı tədbirlər keçirmək təklifini mənuniyyətlə dəyər­lən­dirə­cək­lərini qeyd edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?