Modern.az

Məktəblilər üçün media klubları formalaşdırılır

Məktəblilər üçün media klubları formalaşdırılır

28 Aprel 2011, 16:37


Gənclər üçün Təhsil Mərkəzi cari ilin əvvəlindən icrasına başladığı “Özümü ifadə” adlı regional layihəsi çərçivəsində konkret tədbirlərə start verib.

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə reallaşdırılan layihə qaçqın və məcburi köçkün uşaqların təhsil imkanlarının genişləndirilməsini, onların özünü ifadə etmək bacarıqlarının formalaşdırılmasını və şəbəkələşmələrini nəzərdə tutur. Qeyd edək ki, Mərkəz layihəni pilot olaraq Füzuli rayonu Qayıdış qəsəbəsindən başlamışdır. Layihə  çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Qayıdış qəsəbəsində uşaqlar tərəfindən idarə olunan media klublarının yaradılması işi həyata keçirilir. Bunun üçün artıq klubun yerləşdiyi məktəbin maddi texniki bazasını gücləndirmək məqsədilə oraya bir neçə komputer avadanlığı verilmiş və internetə çıxış imkanı yaradılmışdır. Artıq şagirdlər internetə çıxış imkanından da  yararlanırlar. Bu media klublarının uşaqlar tərəfindən idarə olunması üçün

Mərkəzin bir qrup təlimçisi bu gün layihə ərazisinə ezam olunmuş, oradakı müəllim və şagirdlər üçün təlimlərə başlayıblıar. Təlimlərdə əsasən media klublarının idarə olunması, uşaqların buradakı rolu və vəzifələri, özünü ifadə bacarıqları və s. tədris olunacaq. Layihənin rəhbəri Rasim Ağayevin verdiyi məlumata əsasən bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə bir qrup aktiv şagirdin iyul ayında Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil olunacaq beynəlxalq yay düşərgəsinə aparılması və bununla da layihənin effektinin digər ölkələrə də nümayiş etdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, layihənin müddəti iki ildir.  
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal