Aprelin 28-də Azərbaycan və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasından sonra hər iki ölkə arasında bir sıra əhəmiyyətli sənədlərin imzalanma mərasimi keçirilib. Mərasimdə prezident İlham Əliyev və Ukrayna prezidenti Viktor Yanukoviç “Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı barədə Birgə Bəyannaməsi”ni, “Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasının Protokolu”nu, “Azərbaycan Respublikası ilə Ukrayna arasında 2011-2015-ci illərdə Hərtərəfli Əməkdaşlığa dair Tədbirlər Planı” haqda sənəd imzalayıblar.
Modern.az