Amerika Birləşmiş Ştatlarında təbii fəlakət daha da şiddətlənib. Bu ölkənin mərkəzi və cənub ştatlarında tornado qurbanlarının sayı 200 nəfərə çatıb. Məlumata görə, təkcə Alabama ştatında tornado 150 inssnın həyatına son qoyub.
Artıq Kentukki, Missipi, Missuri, Tennessi və Oklahoma kimi ştatlarda fövqəladə vəziyyət elan olunub. Yaralıların sayının yüzlərlə olduğu bildirilir. ABŞ mətbuatı vəziyyətin getdikcə gərginləşdiyini, ölən və yaralananların sayının kəskin artacağını yazır.
Modern.az