Modern.az

Sevil Nuriyevanın anası öz ərizəsilə işdən gedib

Sevil Nuriyevanın anası öz ərizəsilə işdən gedib

28 Aprel 2011, 18:38

Gəncə Uşaq Evinin direktoru Rəfiqə Nuriyeva tutduğu vəzifədən azad olunub. Bu haqda Modern.az-a məlumat verən Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev bildirib ki, Rəfiqə Nuriyevanın öz ərizəsi ilə işdən gedib.
Hazırda təşkilatda  təhvil-təslim prosesi gedir. Qeyd edək ki, bu günlərdə Uşaq Evində Təhsil İdarəsi tərəfindən yoxlama aparılıb. M.Əliyev bildirib ki, hələlik İdarənin Metodiki şöbəsində metodist kimi çalışan Nərminə Tağıyeva Uşaq Evinin direktorunu əvəz edir.
Əlavə edək ki,  Rəfiqə Nuriyeva 20 ilə yaxın bir müddət ərzində Gəncə Uşaq Evinin direktoru vəzifəsində çalışıb. O, tanınmış telejurnalist Sevil Nuriyevanın anasıdır.

Xaliq Qurbanov
Gəncə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?