Modern.az

Deputatlar ATƏT PA-nın xüsusi toplantısına gedir – milli azlıqlar müzakirə ediləcək

Deputatlar ATƏT PA-nın xüsusi toplantısına gedir – milli azlıqlar müzakirə ediləcək

Aktual

26 May 2017, 11:47

Mayın 29-30-da  Avstriyanın Karintaya muxtar vilayətinin  Villach şəhərində ATƏT Parlament Assambeleyası üzvlərinin “Milli azlıqlar siyasətinə yeni baxış” mövzusunda xüsusi toplantısı keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, toplantıda ölkələrin daxilində milli azlıqların qorunması, onların idarəetmədə iştirakı, dil və mədəniyyətlərinin qorunması,  bunun üçün parlamentin rolu haqda geniş müzakirə olacaq.

Toplantıda ATƏT PA-nın prezidenti Kristine Muttonen, Karintiya bölgəsinin qubernatoru Peter Kaiser çıxış edəcək. 

 

Karintiya bölgəsinin etnik əhalisi olan slovenlər  1920-ci  ildə referenduma bölgənin Avstriyanın tərkibində qalmasına qərar veriblər. Bu gün Karintiya Avstriyanın ən inkişaf etmiş vilayətlərindən biridir.

 

Toplantıda Milli Məclisin ATƏT-in PA-da nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev iştirak edəcək.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı