Modern.az

Hövsanda qazın təzyiqi niyə aşağıdır? – “Azəriqaz”dan AÇIQLAMA

Hövsanda qazın təzyiqi niyə aşağıdır? – “Azəriqaz”dan AÇIQLAMA

Aktual

26 May 2017, 12:22

Artıq yaz-yay mövsümünə start verilməsinə baxmayaraq Suraxanı rayonu Hövsan qəsəbəsinin sakinləri qazın təzyiqinin aşağı olmasından şikayətçidirlər.

 

Sakinlərin Modern.az-a verdiyi məlumata görə, qəsəbənin Oqtay Şabanov və bir neçə küçəsində qazın təzyiqi olduqca aşağıdır.

 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a qeyd olunan problemdən xəbərdar olduqlarını açıqlayıb:

“Oqtay Şabanov və daha bir neçə küçədə sayğaclaşma işləri gedir. Bəzi həyət evlərində sayğaclar çölə çıxarılır, qaz kəmərləri üzərində quraşdırılır. Həmçinin yeni qaz xətləri çəkilir. Bu səbəbdən də qısamüddətli olaraq qazın təzyiqində zəiflik müşahidə olunur”.

 

Qurum rəsmisi bildirib ki, sakinlərin narazılığına səbəb olan məsələ tez bir zamanda həll olunacaq:

“İşlər tamamlandıqdan sonra problem aradan qalxacaq”.

 

İ.Kərbalayev eyni zamanda deyib ki, istehlakçılar tələbata uyğun olaraq qazla təmin olunur:

"Yay, qış rejimi olmasından asılı olmayaraq əhali və qeyri-əhali sektoruna qazın verilişi tələbata uyğun olaraq operativ qaydada həyata keçirilir. Sadəcə aprelin 15-dən etibarən yay mövsümünə keçidlə bağlı qazanxanalar tərəfindən istehlak dayandırıldığına görə istifadə olunan qazın həcmi azalır".

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı