Modern.az

Çin liderindən Azərbaycan prezidentinə təbrik gəldi

Çin liderindən Azərbaycan prezidentinə təbrik gəldi

Aktual

26 May 2017, 12:29

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:


"Hörmətli cənab Prezident.

 

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını Çin Xalq Respublikasının Hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi təbrik edir, ən xoş arzularımı bildirirəm.

 

Sizin rəhbərliyiniz ilə Azərbaycanda siyasi sabitlik hökm sürür, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlir. Çin Hökuməti Azərbaycanın dövlət quruculuğu, sosial-iqtisadi inkişaf sahələrində əldə etdiyi müvəffəqiyyətlərə sevinir.

 

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. “Bir kəmər-bir yol”un birlikdə yaradılması niyyətimizdən istifadə edərək, Sizinlə ikitərəfli münasibətlərimizin və müxtəlif sahələrdə işgüzar əməkdaşlığımızın yeni inkişafını birgə səylərimizlə irəlilətməyə hazıram.

 

Azərbaycanın daha da qüdrətli olmasını və inkişaf etməsini arzulayıram. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq diləyir, ən xoş arzularımı bildirirəm".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı