Modern.az

“Payız nəfəsli” MAY: “Yaz-payız anlayışı ləğv oluna bilər”

“Payız nəfəsli” MAY: “Yaz-payız anlayışı ləğv oluna bilər”

Aktual

26 May 2017, 13:43

Yağış, dolu, külək üstəgəl soyuq hava. May ayı olsa da, sanki payızı yaşayırıq. Əhval-ruhiyyəmiz də geyimlərimiz kimi payız ab-havasındadır.

 

Havaların bu cür qeyri-sabit keçməsinin səbəbi nədir? “Payız havası” nə vaxta qədər davam edəcək?

 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya institutunun direktoru Ramiz Məmmədov Modern.az-a açıqlamasında havaların mayda dəyişkən keçməsinə aydınlıq gətirib.

 

“Neçə illərdir ki, planetdə qlobal dəyişmənin getdiyi qeyd olunur. Bu, iqlim dəyişmələridir. 2014-cü ildə BMT-nin ətraf mühit proqramında iqlim dəyişmələrinin hesabatı açıqlanıb. Hesabatda qeyd olunub ki, iqlim dəyişmələri nəticəsində Yer kürəsində ciddi dəyişikliklər olacaq. Hətta, biz yay mövsümündə qar müşahidə edə bilərik.

 

Təəssüflər olsun ki, 2014-cü ildə verilən proqnoz özünü doğrultmağa başlayıb. Bu ilin may ayının əvvəllərində Sibirdə 30 dərəcə isti oldu və yanğınlar başladı. 3-5 gün bundan qabaq Rusiyada 30-35 dərəcə donma hadisəsi baş verdi. Həmin hesabatdan çıxış edərək deyirəm ki, ilin müəyyən fəslində təzadlar görə bilərik”.

 

Direktor deyir ki, mayda havaların bu cür qeyri-sabit keçməsi iqlim dəyişmələrinin nəticəsidir.

 

“BMT-nin 2014-cü il hesabatında belə bir bənd var.“Ola bilsin ki, gələcəkdə yaz-payız anlayışı ləğv olunsun”. Son bir neçə ildir ki, biz yaz hiss edə bilmirik. Müəyyən soyuq hava və ardınca kəskin istilər başlayır. Ona görə də may ayının bu cür soyuq keçməsi verilən proqnozlara uyğundur. Mayda yaz havası hiss etmirik. Bunun da səbəbi planetdə iqlim dəyişmələridir. Bu da ekstremal halların sayının artmasına gətirib çıxarır”

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı