Modern.az

Misirdəki terror aktında ölənlərin sayı 28 nəfərə çatdı

Misirdəki terror aktında ölənlərin sayı 28 nəfərə çatdı

26 May 2017, 20:28

Misirdə törədilən terror aktında ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə  nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Misirin El Minya əyalətinin qubernatoru İsam əl-Bədəvinin verdiyi açıqlamaya görə, hazırda xəstəxanalarda 14 meyit var.

Qeyd edək ki, Misirin EL-Minya əyalətində içərisində xristian koptlar olan avtobusa silahlı hücum edilib. Terror aktına görə məsuliyyəti hələki heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU