Müsavat başqanı İsa Qəmbər bu gün saat 11-də Bakı Şəhər Baş Polis İdarəsinin binasına gedib. Bu barədə Müsavat Partiyasındam məlumat verilib. Müsavat başqanı BŞBPİ-yə gəlib və lazımi prosedurdan sonra idarəninin binasına daxil olub. İ.Qəmbər 2 aprel hadisələri ilə bağlı yaradılmış istintaqa şahid qismində ifadə verəcək.
Dünən AXCP sədri Əli Kərimli də adı çəkilən polis idarəsində 5 saatdan artıq müddətdə ikinci dəfə sorğu-suala tutulub.
Qeyd edək ki, Müsavat lideri bundan əvvəl bir dəfə BŞBPİ-də ifadə verib.
Liderlər 2 aprel aksiyası ilə bağlı qaldırılan cinayət işini qurama və əsassız saydıqlarını bildiriblər.
Modern.az